Bu gün:


Niderland polisi İlhan Aşkını axtarır – Ermənilərə görə

Tarix: 19.09.2022 / 06:37  •   Oxundu: 101 dəfə  •  

Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın Niderlandda polis idarəsinə dəvət edilib.
İDEAL Media.az xəbər verir ki, bu barədə dərnəyin rəhbəri Feysbuk səhifəsində yazıb.
“Dəyərli dostlar, Türkiyədəyəm, Niderland polisi evimə gəlib, məni axtarır. Oğlum məsələnin nədən ibarət olduğunu soruşur, polis isə “Erməniləri təhqir edib, onun üçün polis idarəsinə gəlməlidir” cavabını verir.
Demokratiyanın və hətta avropalının ikiüzlü siyasəti budur”, - deyə o bildirib.