Bu gün:


Rusiyalı kişilər sabahdan ölkəni tərk edə bilməyəcəklər

Tarix: 25.09.2022 / 19:50  •   Oxundu: 81 dəfə  •  

Rusiyada səfərbərliyə çağırılan kişilərin ölkəni tərk etməsinə qoyulan qadağa bazar ertəsi, sentyabrın 26-dan etibarən tətbiq edilə bilər.
İDEAL Media.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
"Sentyabrın 26-da səfərbərliyə çağırılanların xaricə səfərləri qadağan ediləcək. Hava limanında və sərhədçilərdə səfərbərliyə cəlb olunanların siyahısı olacaq”, - deyə bildirilib.
Qeyd edək ki, daha əvvəl bir neçə Rusiya KİV-i prezident administrasiyasındakı mənbələrə istinadən hərbi xidmətə yararlı kişilərin ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumat yaymışdı.