Cənubi Azərbaycandan olan məşhur bloger iranlı qadınlardan yazdı
Tarix: 28.09.2022 / 21:10 •
Oxundu: 143 dəfə •
Dünyaca məşhur iranlı bloger Negin Mirsaleh ölkəsində baş verənlərlə bağlı paylaşım edib.
Avropada yaşayan Negin insanların İranda dinə qarşı çıxmaları haqda iddialarına münasibət bildirib. O qeyd edib ki, qadınlar sadəcə azadlıqları üçün mübarizə aparırlar:
"Məlumatınız olsun: iranlılar nə islama, nə də başqa dinə etiraz etmirlər. Onlar öz təməl hüquqları uğrunda mübarizə aparırlar - qadınların öz ölkələrində mahnı oxumaq, boşanma tələb etmək, onların uşaqları üzərində qəyyumluq, necə geyinəcəklərini seçmək hüququ olmalıdır. Haqsız yerə edilən həbsi, işgəncə və zorlamaları dayandırmaq istəyirlər. Söz azadlığı təkcə jurnalistlər üçün deyil, bütün vətəndaşlar üçün olmalıdır. Xaricdə yaşayıb vətənlərinə qayıtdıqdan sonra ölüm hökmündən qorxan bir çox iranlılar üçün bunu edirlər. Onlar İranı geri qaytarmaq üçün mübarizə aparırlar. Onlar övladlarının gələcəyi üçün mübarizə aparırlar".
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir.