Türkiyə: Kiprə silah və qüvvə göndərəcəyik!
Tarix: 29.09.2022 / 19:56 •
Oxundu: 33 dəfə •
Kipr türklərini qorumaq üçün adaya daha çox silah və qüvvələr göndərəcəyik.
İDEAL Media.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Qarşımızda dünya dayansa da, Kipr, Egey, Şərqi Aralıqda haqq və hüququmuzu qorumağa davam edəcəyik. Bu məsələdə qətiyyətliyik. ABŞ yunan kəsiminə (Kipr –red.) silah embarqosunu ləğv etdi. Guya, çirkli pullara qarşı mübarizə müstəvisində əməkdaşlıq edirlər. Silahdan əlavə başqa bir şey verə bilməzdiniz? Pul verin, ehtiyacları var. Biz də Kipr türklərini qorumaq üçün oraya daha çox qüvvə göndərəcəyik və silah ehtiyaclarını qarşılayacağıq. Diplomatiyanın bütün imkanlarından istifadə edirik. Bəzən diplomatiya tükənir və əməli fəaliyyətə keçirik. Ondan sonra da onları təkrar masaya dəvət edib, bu dəfə oyunu biz qururuq. Gücü yerində, zamanında və balanslı istifadə etmək önəmlidir”, - deyə XİN rəhbəri bildirib.