Bu gün:


ABŞ-dan Rusiyaya: Qorxaq və qeyri-insani hərəkətlər...

Tarix: 30.09.2022 / 17:42  •   Oxundu: 56 dəfə  •  

Rusiyanın Ukraynaya qarşı heç bir xoş niyyəti yoxdur.
İDEAL Media.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tvitterdə yazıb.
O bildirib ki, rəsmi Moskva kimisə müdafiə etmir, həyatları məhv edir:
“Qorxaq və qeyri-insani hərəkətlər bunu təsdiqləyir”.
Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Zaporojye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 25 nəfər ölüb, 52 nəfər yaralanıb.