Bu gün:


Solovyov “dəli oldu”: Cəbhədən gələn xəbərlər... –

Tarix: 05.10.2022 / 11:10  •   Oxundu: 94 dəfə  •  

Qalmaqallı teleaparıcı Vladimir Solovyov cəbhədən gələn xəbərlərin fonunda canlı yayımda əsəblərini cilovlaya bilməyib və əsəbi halda cağırış edib.
İDEAL Media.az xəbər verir ki, aparıcı bu çağırışı “Solovyov Layf” verlişinin efiri zamanı edib.
“Məndə heç bir yaxşı əhval-ruhiyyə yoxdur. Əksinə, çox əsəbiyəm. Xarkov vilayətindən videolara baxdıqda – bu, Luqansk vilayətimizin yanındadır – adam dəli olur. Bundan sonra nə olacaq? Hələ bu yaxınlarda biz Kiyevin yaxınlığında dayanmışdıq, hələ bu yaxınlarda biz demişdik ki, Nikolayevi yaxın vaxtlarda götürəcəyik. İndi nə oldu? İndi biz cəbhə xəttini düzəldirik”, - deyə o qeyd edib.