Ukrayna Ani Lorak və başqalarına sanksiya tətbiq etdi
Tarix: 06.10.2022 / 20:56 •
Oxundu: 62 dəfə •
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sanksiyaların yeni paketini təqdim edib.
"Економічна правда" nəşrinin məlumatına görə, sanksiyalar məşhurların adları da daxil olmaqla 3000-dən çox şəxsi əhatə edir.
Belə ki, siyahıda Ukraynanın Xalq artistləri Ani Lorak, Taisiya Povaliy, müğənni Anna Sedokova, teleaparıcı Regina Todorenkonın da adları var. Qeyd olunur ki, dörd məşhurun da Ukrayna vətəndaşlığı var.
Sanksiyalar çərçivəsində onların Ukraynadakı aktivlərinin və əmlakının müsadirəsi nəzərdə tutulur. Qərarın qüvvəyə minməsi Prezident Volodimir Zelenskinin müvafiq fərmanı imzalamasından sonra gözlənilir.