Bu gün:


Piterdə toyda azərbaycanlı güllələndi

Tarix: 09.10.2022 / 19:49  •   Oxundu: 91 dəfə  •  

Rusiyanın Sankt-Peterburq şəhərində atışma baş verib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə dünən axşam şəhərin Vitebsk prospektində yerləşən “Avropa” restoranında olub. 31 yaşlı Moskva sakini restoranda 26 yaşlı Peterburq sakini ilə mübahisə edib. Qəfildən Moskva sakini üzərindənki tapança ilə qarşısındakı şəxsə 5 dəfə atəş açıb.
Yaralını xəstəxanaya çatdırmaq mümkün olmayıb, o elə yoldaca ölüb.
Şübhəli qısa zamanda polis tərəfindən yaxalanıb.