Bu gün:


"Ukraynaya yağdırılan raketlər çarəsizlikdəndir, çünki Putin yanlış qərarlara yol verib..."

Tarix: 12.10.2022 / 18:28  •   Oxundu: 67 dəfə  •  

"Bu, dünyada miskin terrorçunun getdiyi yoldur..."
"Kozırev Rusiyanın xarici siyasət vektorunu kökündən dəyişməyə cəhd göstərib..."
 
Sabiq rusiyalı nazir "miskin terrorçu" Putinin üç yanlışlığını açıqlayıb
 
Kreml rəhbəri Vladimir Putin ukraynalılara qarşı terrorla məşğuldur, çünki bu, onun edə biləcəyi yeganə nəsnədir. Bu, dünyada istənilən "miskin terrorçunun getdiyi yoldur".
 Bu barədə Amerikanın CNN telekanalına müsahibəsində Rusiya Federasiyasının sabiq xarici işlər naziri Andrey Kozırev bəyan edib.
 
Sabiq rusiyalı siyasətçi güman edir ki, Putinin Ukraynaya bu günlər endirdiyi raket zərbələri "çarəsizlikdəndir, çünki o, yanlış qərarlara yol verib". 
 
Kozırev "Putinin üç əsas yanlışlığı" barədə müfəssəl danışıb.
 
"Birincisi, Ukraynaya iki-üç günə qalib gəlməyin mümkünlüyüdür.
 
İkincisi, ABŞ və Qərbin ukraynalılara yardım etməyəcəyidir.
 
Üçüncüsü,  səfərbərlik elan etməklə müharibəni evinə gətirmiş olub", - Kozırev deyib və əlavə edib ki, Putin öz yanlışlıqlarını gözəl anlayır və ona görə də yaxşı bacardığı şeyə keçib".
 
"Yəni terror aktlarına keçib. Həm Ukraynada, həm də Rusiyanın özündə. Həm də nüvə silahı ilə təhdid etməyə başlayıb", - Kozırev qeyd edib.
 
O, əmin edib ki, Kreml nüvə silahını tətbiq etməyəcək, çünki Putin "həyatını intiharla bitəcəyini istəməyən adi adamdır".
 
71 yaşlı Andrey Kozırev 1990-1996-cı illərdə Boris Yeltsin administrasiyasında Rusiya Federasiyasının ilk xarici işlər naziri olub. 
 
Kozırev Rusiyanın xarici siyasət vektorunu kökündən dəyişməyə - Qərblə, dinc də olsa, qarşıdurmadan müttəfiqlik münasibətlərinə keçid etməyə cəhd göstərib.