Rusiya “sülhməramlı”larının Qarabağdakı ilk komandanından Putinə şikayət olundu…
Tarix: 08.11.2022 / 10:14 •
Oxundu: 91 dəfə •
“155-ci dəniz briqadası 300 nəfər döyüşçüsünü və hərbi texnikasının 50%-ni itirib…”
Rusiya sosial şəbəkələrində Ukraynanın Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında əks-hücum cəhdi zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən darmadağın edilən Sakit okean donanmasının 155-ci dəniz briqadasının əsgərlərinin Primorsk vilayətinin qubernatoru Oleq Kojemyak vasitəsilə ali baş komandan V.Putinə ünvanlanmış şikayət məktubu dərc olunub.
Bu haqda İsrail mediası məlumat yayıb.
Şikayət məktubunda hərbçilər xüsusən 2020-ci il noyabrın 10-dan Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”larının komandanı general-leytenant Rüstəm Muradovdan narazılıq edirlər.
“Gerasimov qarşısında(RF ordusunun baş qərargah rəisi-S.L.) xal qazanması üçün general Rüstəm Muradov və onun həmyerlisi, Rusiya qəhrəmanı adı vəd etdiyi Axmedov bizi yenə də anlaşılmaz hücuma atdılar. Nəticədə biz və Kamçatkanın dəniz piyadaları Pavlovkaya doğru hücum etdik.
"Nəhəng generallar”ın “diqqətlə” planlaşdırılmış hücumu nəticəsində 4 gün ərzində 300-ə yaxın insanımızı itirdik, həlak olduq, yaralandıq, itkin düşdük və hərbi texnikamızın 50%-ni itirdik.
Bu, təkcə bizim briqadanın itkiləridir. Dairə komandanlığı Axmedovla birlikdə məsuliyyətdən qorxaraq bunu gizlədir və "rəsmi" itki rəqəmlərini göstərir.