Bu gün:


"Raketlərin Rusiya tərəfindən atıldığına dair sübut yoxdur" - Polşa

Tarix: 16.11.2022 / 19:14  •   Oxundu: 89 dəfə  •  

Polşa torpaqlarına raketlərin Rusiya ordusu tərəfindən atıldığına dair sübut yoxdur.
İDEAL Media.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Adrej Duda açıqlama verib. O bildirib ki, Polşaya bilərəkdən hücum edildiyinə dair məlumat yoxdur. O bəyan edib:
“Bu raketin atılmasına görə, kim məsuliyyət daşıyır? Raketin rus tərəfindən atıldığına dair heç bir sübut yoxdur. Torpaqlarımıza raketin düşməsi bilərəkdən edilməyib. Bu raket Polşanı hədəfə almamışdı. Bu Polşaya qarşı hücum deyildi”.