Vardanyan Xocavəndə getdi...
Tarix: 22.11.2022 / 19:21 •
Oxundu: 83 dəfə •
Guya Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə Azərbaycanın Qarabağ iqtisadi rayonununa gəlmiş və torpaqlarımızda qeyri-qanuni fəaliyyətini artıq 3-cü aydır ki, davam etdirən milyarder Ruben Vardanyan bu gün Azərbaycan Respublikası Xocavənd rayonunun müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalmış rayon mərkəzinə səfər edib.
Məlumata görə, "Martuni" adlandırdıqları Xocavənd şəhərində müşavirə keçirən qondarma "dövlət naziri" rayon mərkəzinin problemləri ilə tanış olub. R. Vardanyan şəhərdə erməni şirkətlərinin tikdiyi beşmərtəbəli binalarda gedən işlərlə də maraqlanıb.
Putinin milyarder "desant"ı Xocavənddə dünya səviyyəli terrorçu Monte Melkonyanın separatçı rejim tərəfindən qoyulmuş heykəli qarşısına gül qoyub...
Xatırladaq ki. Xocavənddə erməni faşisti Qaregin Njdeyə də 2021-ci ilin yanvarında abidə qoyulub. Və Azərbaycan tərəfinin Rusiya "sülhməramlı"larının komandanlığından tələblərinə rəğmən sökülməyib...