Bu gün:


Simonyandan etiraf: Hər gün dinc sakinləri bombalayırıq

Tarix: 29.11.2022 / 21:28  •   Oxundu: 61 dəfə  •  

Əgər Rusiya müharibədə məğlub olacaqsa, ölkədəki hətta adi süpürgəçini də Haaqa məhkəməsi gözləyəcək.
İDEAL Media.az xəbər verir ki, bu sözləri “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda qonaq qismində çıxış edən RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

“Onlar “bizim Krım”ı almağa hazırlaşırlar, lakin biz bu vəziyyətdə edə biləcəyimiz yeganə işi edirik – bombalayırıq! Hər gün bombalayırıq: infrastrukturu bombalayırıq. Allah da bilir ki, biz bunu istəmirdik! Mən çox yaxşı bilirəm ki, hökumətdəkilər də bunu istəmirdilər”, - deyə M.Simonyan vurğulayıb.

Rusiyadakı mövcud iqtidarın alovlu təbliğatçısı əlavə edib ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən qorxmaq lazım deyil:
“Biz məğlubiyyətdən, biabır olmaqdan qorxmalıyıq. Əgər uduzsaq, hətta Kreml divarlarının xaricindəki süpürgəçini də beynəlxalq tribunal gözləyir”.