Bu gün:


Ukrayna səfirliyini partlatdılar, nazirliyə bomba göndərdilər

Tarix: 01.12.2022 / 17:36  •   Oxundu: 86 dəfə  •  

Madriddə Ukrayna səfirliyində törədilən partlayışdan sonra Saraqosa şəhərindəki silah fabrikinə, Madriddəki hərbi bazaya və Daxili İşlər Nazirliyinə partlayıcı maddə göndərilib.
İDEAL Media.az xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi EFE məlumat yayıb. Məlumata görə, hərbi bazaya gələn bağlama yoxlamadan keçərkən partlayıcı müəyyən edilib və dərhal müdaxilə edilib. Polisin məlumatına görə, göndərilən bağlamalar oxşar olub.
Qeyd edək ki, Madriddə Ukrayna səfirliyi binasında baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb. Partlayıcı səfirliyə bağlamada göndərilib.