Bu gün:


Rusiya və ABŞ sözünü tutmadı - Çavuşoğlu

Tarix: 02.12.2022 / 20:20  •   Oxundu: 73 dəfə  •  

İraqda son 1 ildə 800-dən çox terror hücumu yaşadıq. Rusiya və ABŞ-la aramızda razılaşma var idi ki, terrorçuları bizim sərhədimizdən 30 km aralıya aparacaqlar, lakin sözlərinin üstündə durmadılar və bizə hücum etməyə davam edirlər.
İDEAL Media.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
Eyni zamanda, Çavuşoğlu qeyd edib ki, son 2 il ərzində də Türkiyə Suriyadan 2 mindən çox hücuma məruz qalıb və 500-dən çox insan həlak olub.