Rusiyada həbs edilən məşhur qadın azad edildi
Tarix: 09.12.2022 / 18:30 •
Oxundu: 95 dəfə •
Rusiya ilə məhbus mübadiləsi nəticəsində amerikalı qadın basketbolçu Britni Qrinerin sərbəst buraxılıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden açıqlama verərək qeyd edib ki, Qriner artıq ABŞ təyyarəsi ilə vətənə qayıdıb. Basketbolçu qadın rusiyalı silah qaçaqmalçısı Viktor But ilə dəyişdirilib. Co Bayden tviter hesabında "Britni evindədir" başlığı ilə video paylaşıb.
Qrinerin azad edilməsi üçün təzyiqləri heç vaxt dayandırmadıqlarını ifadə edən Bayden, onun azad edilməsi üçün çalışan bütün Amerika rəsmilərinə təşəkkür edib: "Mən həmçinin Birləşmiş Ərəb Əmirliklərinə Britninin qayıtmasına kömək etdiyinə görə təşəkkür etmək istərdim", - Bayden deyib.
Qrinerin vəziyyətinin yaxşı olduğunu və evə qayıtdığı üçün rahat olduğunu bildirən Bayden, Rusiyada saxlanılan digər Amerika vətəndaşı Pol Uilanın vəziyyətinə də toxunub: "Təəssüf ki, tamamilə qeyri-qanuni səbəblərə görə Rusiya Polun işinə Britnidən fərqli baxır. Biz hələ Paulu azadlığa buraxmamışıq, amma bu nəzarətimizdən kənar deyil. Biz heç vaxt təslim olmayacağıq. Biz Paulun ailəsi ilə sıx əlaqə saxlayırıq" deyə Bayden bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada məhbus mübadiləsi təsdiqlənib: "But və Qriner mübadiləsi dekabrın 8-də Abu Dabi hava limanında uğurla başa çatdı. But vətəninə qayıdıb"- deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ basketbolçusu Brittni Griner fevral ayında Rusiyada narkotiklə saxlanılıb. Paytaxt Moskvanın Ximki Şəhər Məhkəməsi də Grineri 9 il həbs və 1 milyon rubl (təxminən 16 min dollar) cərimələyib. Silah qaçaqmalçısı kimi tanınan Viktor But isə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə (FARC) silah tədarük etdiyinə görə ABŞ-da 25 il həbs cəzasına məhkum edilib.
ABŞ aktyoru Nikolas Keycin baş rolda çəkildiyi məşhur "Müharibə Tanrısı" filminin Butun həyat hekayəsi əsasında çəkildiyi iddia edilib.