Saakaşvili üçün nə qədər vəsait xərclənir? - Nazir
Tarix: 17.12.2022 / 21:16 •
Oxundu: 59 dəfə •
Bir il ərzində eks-prezident Mixail Saakaşvilinin saxlanmasına təxminən 200 min lari (127,580 AZN) xərclənib.
İDEAL Media.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze parlamentdə nazir saatı formatında deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Mixail Saakaşviliyə həmişə tibbi xidmət göstərilib və indi də göstərilir:
“Ədliyyə Nazirliyi hər bir məhkuma tibbi xidmət göstərmək üçün məsuliyyət daşıyır. Mixail Saakaşviliyə həmişə tibbi xidmət göstərilib və indi də göstərilir. O, Gürcüstan qanunvericiliyinə uyğun olaraq Tiflisdə fəaliyyət göstərən tibb müəssisəsindədir, klinikada palatada yerləşdirilib və tibbi xidmət göstərilir. Bir il ərzində təqribən Saakaşviliyə 200 000 lari, digər bir məhbusun saxlanmasına isə təxminən 17 400 lari xərclənir”.
Nazir həmçinin bildirib ki, dekabrın 22-də Saakaşvilinin məhkəmə iclasında onlayn qaydada iştirak etməsi təmin ediləcək.