Bu gün:


Ukrayna Rusiya ərazisini vurdu

Tarix: 20.12.2022 / 20:09  •   Oxundu: 106 dəfə  •  

Rusiyanın Bryansk vilayətində energetika obyekti dron hücumuna məruz qalıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.
“PUA-nın Trubçevski rayonunda rayon elektrik şəbəkəsinə hücumu nəticəsində administrativ bina və avtomobilə zərər dəyib. Yaralılar yoxdur”, - deyə o bildirib.
Hadisə yerində xüsusi xidmət orqanları çalışır.
Qeyd edək ki, Braynsk Ukraynanın Sum vilayəti ilə həmsərhəddir.