Bu gün:


Rusiyanın Kursk vilayəti Ukrayna Silahlı Qüvvələrinin hədəfində...

Tarix: 30.11.2022 / 18:56  •   Oxundu: 80 dəfə  •  

Kursk vilayətinə dünən səhər 10, axşam 11 raket zərbələri endirilib, hədəfdə energetika infrastrukturudur...
"Hələ yaz fəslindən bu regionda terror təhlükəsinin sarı səviyyəsi qüvvədədir..."
 
Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoyt bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri noyabrın 29-da 11 raket zərbələri endirib. Nəticədə vilayətin iki rayonu elektriksiz qalıb.
 
İDEAL Media.az xəbər verir ki, bu barədə o, özünün Telegram-kanalında yazıb. Məlumatı "İzvestiya" qəzeti yayıb.
 
"Enerji təchizatı obyektinə zərbə endirilib. Bu səbəbdən Sucan və Korenev rayonları elektrik enerjisiz qalıb.
 
Atəşlərdən sonra mütəxəssislər dəyən ziyanı dəyərləndirəcək və zədələnmələri aradan qaldırmağa başlayacaq. 
 
Hazırda zərərçəkənlər haqqında məlumat yoxdur", - Starovoyt deyib.
 
Qeyd edək ki, hər iki rayon Ukraynanın Sumı vilayəti ilə həmsərhəddir.
 
Sosial şəbəkələrdə raketlərin "uçub gəlməsi" zamanı çəkilən vudeokadrlar dərc edib. 
 
İstifadəçilər öz şərhlərində yazıb ki, partlayışlar "faziləsiz, hər üç dəqiqədən bir" baş verib, mobil rabitə kəsilib, evlərin əksəriyyəti işıqsız qalıb.
 
Noyabrın 29-da səhər qubernator məlumat verib ki, Qluşkov rayonunda Tetkino qəsəbəsi atəş altına düşüb.
 
Orada "ən azı 10 "uçuş" qeydə alınıb. Nəticədə enerji təchizatı  obyektləri zədələnib, yaşayış məntəqəsinin bir hissəsi işıqsız qalıb.
 
Bu sərhəd regionunda yaz fəslindən terror təhlükəsinin sarı səviyyəsi qüvvədədir, noyabrın 21-də 15 sutkaya, dekabrın 6-dək uzadılıb.