Bu gün:


ABŞ Rusiyanı terror ölkəsi kimi tanımaqdan imtina etdi

Tarix: 21.12.2022 / 19:23  •   Oxundu: 71 dəfə  •  

ABŞ Konqresi Ukraynanın təkid etdiyi kimi, Rusiyanı “terrorun sponsoru” əvəzinə “təcavüzkar dövlət” kimi tanımağa hazırlaşır.
İDEAL Media.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
Nəşr qeyd edib ki, Konqres Rusiyanı “təcavüzkar dövlət” kimi tanımaqla ABŞ prezidentinə Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək üçün əlavə səlahiyyətlər verəcək:
"Bayden administrasiyası Ukrayna ideyasını rədd etdi, çünki onlar “terrorizmin dövlət sponsoru” statusunun müharibəni bitirmək üçün istənilən diplomatik səylərə mane olacağına inanırlar".