Hulusi Akar: “Ermənistandan konstruktiv addımlar gözləyirik"
Tarix: 21.12.2022 / 20:15 •
Oxundu: 91 dəfə •
“Bugünkü görüşdə Cənubi Qafqazdakı durum barədə danışdıq”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda, ikitərəfli və regional əlaqələr müzakirə olunub: “Ölkələrimiz arasında strateji əlaqələrin bundan sonra da davam etməsi hər birimiz üçün əhəmiyyətlidir. Əməkdaşlığımızın səviyyəsi hər kəs üçün nümunədir”.
H.Akar deyib ki, Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini tutmalıdır: “Ermənistandan konstruktiv addımlar gözləyirik".
Qeyd edək ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş olub.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.