Bu gün:


Saakaşvili ölsə, Tiflis AB-yə girməyəcək - Volski

Tarix: 27.12.2022 / 18:38  •   Oxundu: 91 dəfə  •  

Gürcüstanın Avropa Birliyinə daxil olması birbaşa bu ölkənin keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin işi ilə bağlıdır.
İDEAL Media.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Yaçek Sariuş-Volski deyib.
“Saakaşvilinin işi ilə Gürcüstanın Avropa Birliyinə daxil olması arasında paralellər prinsipial əhəmiyyət kəsb edir. Onlar ayrılmazdır. Eks-prezident həbsxanada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın AB-yə üzvlüyünü dəstəkləməyəcək”, - Volski bildirib.