Bu gün:


Saakaşvili həbsxanada aclıq elan etdi

Tarix: 02.10.2021 / 08:15  •   Oxundu: 136 dəfə  •  

Cümə günü vətənində saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili aclıq aksiyasına başlayıb və Ukrayna konsulu ilə görüş tələb edir.
 
İDEAL Media.az xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsmanı Nino Lomcariya keçmiş prezidentlə görüşdən sonra jurnalistlərə bildirib: “Mən içəri girəndə o (Saakaşvili) həkimdə idi və tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi. Mixail Saakaşvili aclıq elan etdiyini söylədi.
 
Ombudsman əlavə edib ki, eks-prezident özünü siyasi məhbus hesab edir: “Saakaşvili ona qarşı qaldırılan ittihamlarla razılaşmır və özünü siyasi məhbus hesab edir”.