Bu gün:


Peskovdan Ərdoğan və “Vaqner”lə bağlı önəmli AÇIQLAMA

Tarix: 14.07.2023 / 14:31  •   Oxundu: 103 dəfə  •  

"Özəl hərbi şirkətlərin statusu məsələsinə baxılacaq, lakin hələlik "Vaqner" hüquqi şəxs kimi mövcud deyil və əvvəl də mövcud deyildi".
 
İDEAL TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
 
O, çıxışı zamanı bir çox məsələlərə toxunub: "Putinin BRICS sammitində iştirak formatı hələ müəyyən edilməyib, müzakirələr davam edir. Putinin təqvimində hələ Ərdoğanla telefon danışığı yoxdur, lakin lazım gələrsə, danışıqları təşkil etmək olar. Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri effektiv işləyir. Taxıl müqaviləsinin müddəti başa çatana qədər Rusiya Federasiyası əlavə olaraq gələcək fəaliyyətlərini işləyəcək".
 
Peskov Macarıstanın baş naziri Viktor Orbanın ABŞ siyasətinin Ukraynadakı münaqişənin uzanmasına kömək etməsinə dair qiymətləndirməsi ilə razılaşdığını bəyan edib.
 
"Məhz ABŞ Ukraynanı daima son ukraynalıya qədər döyüşməyə həvəsləndirir və Kiyevə yeni silahların verilməsini təşviq edir", - o iddia edib.