Bu gün:


Peskov Ərdoğan üçün “qırmızı xalça” şərhi

Tarix: 23.11.2021 / 14:52  •   Oxundu: 333 dəfə  •  

Son günlər ərzində müxtəlif ölkələrin KİV-lərində, eləcə də sosial şəbəkələrdə Putinin sözçüsü Dmitri Peskovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk xəritəsi ilə qeydə alınan fotosu ilə bağlı şərhi müzakirə olunur.

İDEAL Media.az xəbər verir ki, bu barədə erməni şərqşünas Armen Petrosyan yazıb.

“Maraqlıdır ki, Peskovun şərhi “Peskovdan Ərdoğana şillə” kimi yozulur, amma bu şərh siyasi, təbliğat və ictimai dairələrimizdə hay-küyü azaltmaq cəhdi idi. Burada başqa bir şey yoxdur. Həmin şərh tamamən fərqli istiqamətdə anlaşılmalıdır.

Xəritə Türkiyənin böyük siyasi, iqtisadi, insani, hərbi resursları sərf etdiyi siyasi proqramının ictimai hissəsidir. Faktiki olaraq, yolları və dəhlizləri qurmaq üçün addım atılır.

Bəs Rusiya nə edir? Nəinki qarşısını alır, hətta öz siyasəti ilə Ərdoğan üçün Müqəddəs Altaya gedən yollara “qırmızı xalça” sərir”, - o bildirib.
Qeyd edək ki, daha öncə Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalının Prezident Rəcəb Tayyib Ərdoğana böyük türk dünyasının xəritəsini hədiyyə etməsinə münasibət bildirib. O bildirmişdi ki, bu xəritədə böyük qırmızı ulduzun olmamasına təəssüf edir. Çünki o yer Türkiyədə deyil, Rusiyadadır – bütün türklərin müqəddəs saydığı Altay!