Bu gün:


Çində ağır yol qəzası

Tarix: 20.03.2024 / 11:51  •   Oxundu: 92 dəfə  •  

Çinin mərkəzində yerləşən Şansi əyalətində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 14 nəfərin ölümü, 37 nəfərin yaralanması ilə nəticələnib.

İDEAL xəbər verir ki, bu barədə 
“Xinhua” bildirib.

Qeyd olunub ki, sürücü naməlum səbəblərdən 51 nəfərin olduğu avtobusu tunelin divarına çırpıb.

Faktla bağlı araşdırma aparılır.