Bu gün:


"Bizə güclü hücum silahları lazımdır, sizin yardımınız əhəmiyyətlidir"

Tarix: 13.06.2022 / 19:51  •   Oxundu: 140 dəfə  •  

"Gəlin, bu müharibəyə son qoyaq! Rusiyanın nifrətinə qalib gələk, qətlə yetirilən uşaqlar naminə, Avropada və bütün dünyada uşaqların sülh və təhlükəsiz yaşaması naminə..."
"Xahiş edirəm Rusiyanın bəşəriyyətə nifrətinin dayandırılması üçün səylərinizi ikiqat artırasınız"
 
Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın Yəhudi Komitəsinin Global Forumu (American Jewish Committe Qlobal Forum) iştirakçılarına müraciət edərək, Ukraynada müharibənin dayandırılması üçün Rusiyaya təzyiqi gücləndirməyi xahiş edib.
 
İDEAL Media.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.
 
"Mən bilirəm ki, bizim dövlətimizə ciddi şəkildə kömək edirsiniz. Lakin mən sizdən Rusiyanın nifrətinin, bəşəriyyətə nifrətinin dayandırılması üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm. Bəli, məhz nifrət hissi Rusiyanın Ukraynaya qarşı və Avropada, bütün dünyada azadlığa qarşı bu müharibəsinin hərəkətverici qüvvəsidir. Bu nifrət Ukraynaya aid nə varsa-ukraynalıların mədəniyyətinə, Ukraynanın tarixinə və keçmişdə mövcud olan dəhşətlərə rəğmən, Ukraynanın müxtəlif mədəniyyətlər üçün yaxşı, açıq ölkə qalmasına qarşı nifrət hissidir", - o, qeyd edib.
 
Zelenski vurğulayıb ki, Rusiya mərmiləri Ukraynada hətta rus kilsələrini yandırıb, Rusiya ordusu isə yüz illər ərzində yunan cəmiyyətinin yaşadığı icmaları məhv edib.
 
"İşğal edilmiş yarımadada Krım tatarları ən çox təqiblərə məruz qalır. Rusiyanın raketləri Kiyevdə Babiy Yara zərbələr endirib, Rusiya artilleriyası Xarkov yaxınlığında Drobitsk Yarda Menoranı (yeddi şam üçün şamdan) zədələyib. Rusiya xarici işlər nazirinin açıq antisemit cıxışları dünyada qalmaqala səbəb olub", - o, xatırladıb.
 
Zelenski forum iştirakçılarına Rusiyaya qarşı sanksiyaların sərtlədirilməsi zərurətini müdafiə etməyə çağırış edib.
 
"Buna sizin gücünüz yetərlidir. Bizə Ukrayna üçün silah tədarükünü sürətləndirməyə kömək edin ki, işğal edilən rayonlarımızı azad edə bilək. Bizə güclü hücum silahları lazımdır, bunlar olmasa, müharibə uzanır. Uzandıqca da qurbanların sayı çoxalır. Mən bilirəm ki, sizin yardımınız əhəmiyyətli dərəcədədir. Lakin siz daha da çox dəstək verə və təsir edə bilərsiniz", - prezident deyib.
 
Zelenski əmindir ki, hazırda Ukraynanın və forum iştirakçılarının ümumi azadlığımızı, ümumi təhlükəsizliyimizi, ümumi mədəni müxtəlifliyimizi son onilliklərdə dünyanı təhdid edən ən böyük nifrət dalğasından qorumaq üçün tarixi imkanı var.
 
"O zaman, gəlin, bu müharibəyə son qoyaq! Rusiyanın nifrətinə qalib gələk! Rusiya ordusunun zərbələrindən qətlə yetirilən uşaqlar naminə. Uktaynada və Avropanın müxtəlif ölkələrində təhlükəsiz və sülh şətaitində yaşamağa layiq  olan milyonlarla uşaqlar naminə. Sadəcə, yaşamaq naminə", - o, sözlərinə yekun vurub.
 
Kontekst:
 
Forumun təşkilatçısı Amerikanın Yəhudi Komitəsidir. Bu, Avropanın aparıcı yəhudi hüquq müdafiə təşkilatıdır. Onun saytında deyildiyi kimi, təşkilat yəhudi xalqı qarşısında duran ən mühüm problemlərin bəziləri üzrə siyasətə və fikirlərə təsir etmək üzərində işləyir.