Bu gün:


Həmasdan İsrailə şərt: “Əsirlər qaytarılmasa...”

Tarix: 12.09.2021 / 09:43  •   Oxundu: 81 dəfə  •  

Fələstindəki Həmas qruplaşmasının silahlı qanadı olan "İzzəddin əl Kassam" briqadasının sözçüsü Əbu Ubeydə İsraildə saxlanan fələstinli əsirlərlə bağlı şərt irəli sürdüklərini açıqlayıb.
 
"Sözcü"yə istinadla xəbər verir ki, Gioloba həbsxanasından qaçmağı bacaran hərbi əsirlərin yenidən saxlanılmasından Həmas narahat olub. "İzzəddin əl Kassam" birqadası onların dərhal buraxılmasını tələb edib.
 
"Əgər İsraildəki fələstinli hərbi əsirlər azadlığa çıxmasa, gələcəkdə Tel-Əvivlə əsirlər məsələsində anlaşma olmayacaq", - deyə Əbu Ubeydə bildirib. 
 
Həmas qruplaşması hazırda ikisi əsgər olmaqla 4 israillinin onların əsiri olduğunu elan edib.