Bu gün:


Fransa Xarici İşlər Nazirliyi Taliban hökumətini tanımaqdan imtina edib

Tarix: 12.09.2021 / 12:20  •   Oxundu: 97 dəfə  •  

“Fransa hesab edir ki, Əfqanıstanda hakimiyyəti ələ alan radikal Taliban hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirməyiblər, buna görə də Paris Taliban tərəfindən yaradılan yeni hökuməti tanımaqdan imtina edir”.
 
Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian “France 5” telekanalının efirində bildirib.
 
Le Drian bildirib ki, Fransa bu hökumətlə bütün əlaqədən imtina edir.
 
Nazir Talibanın vədlərinə əməl etmədiyini vurğulayıb. Fransa diplomatiyasının rəhbəri xatırladıb ki, Fransa hərəkatın nümayəndələrindən hər kəsə sərbəst şəkildə ölkədən ayrılma imkanı verməyi tələb edib. O, eyni zamanda hərəkat nümayəndələrinə səslənib:
 
“Talibanın birbaşa nəzarətində olmayan bölgələrə humanitar yardımın pulsuz çatdırılmasına icazə verin, insan haqlarına, xüsusən də qadın hüquqlarına və təhsil hüququna hörmət edin və nəhayət Əl-Qaidə ilə hər hansı əməkdaşlıqdan imtina edin”.