Bu gün:


Moskva metrosunda müsəlman xanım yad qocanın çəkməsinin iplərini bağladı...

Tarix: 15.09.2021 / 10:11  •   Oxundu: 159 dəfə  •  

"Qoy bu cür yaxşı işlərə qadir olanların sayəsində dünyamız xeyirxahlıq və sevgi ilə dolsun. Xristian və ya müsəlman olsun - hamımız  Allah qarşısında bərabərik..." 
 
“Facebook” sosial şəbəkəsinin istifadəçilərindən biri - Anna Tarasova Moskva metrosunun vaqonunda şahidi olduğu təsirli bir hadisədən bəhs etdiyi yazı paylaşıb. 
 
İDEAL Media.az  rusdilli İslam saytlarına istinadla həmin paylaşımı nəzərinizə çatdırır.
 
“Orta Asiya ölkələrindən olan bir xanım babaya ayaqqabılarının ipini bağlamaqda kömək etmək qərarına gəldi.  Ahıl kişi Tverskaya stansiyasında vaqona girdi, ayaqqabı bağıının açıldığını gördü və əyləşərək onu bağlamağa çalışdı. Lakin bunu təkbaşına edə bilmədi...
 
Mən də ona kömək etməyi düşünürdüm.  Amma mənə elə gəlirdi ki, o,  bax-bax, bu saat ipi bağlaya biləcək. Ahıl kişinin əlləri titrəyirdi - ona əyilmək çox çətin idi... Və yaxındakı hicablı qadına da, mənə də aydın oldu ki, baba bacarmadı... Ancaq həmin qadın bir neçə saniyə məni qabaqladı...
 
Üzünün hicab və maskanın altında görünməməsi təəssüf doğurur. Amma əminəm ki, üzü də çox gözəldir - ruhu qədər gözəldir... "
 
Rus qadın mətni epizodun bir foto-şəkli ilə müşayiət edib. 
 
Anna Tarasovanın paylaşımı  istifadəçilərin böyük reaksiyasına səbəb olub. Yazının altındakı  şərhlərdən bəziləri:
 
"Son vaxtlar üçün nə nadir və xeyirxahlıqla dolu bir not... Axı  gündəlik, sanki şeytan təkərindəki qaçahaqaçımız fonunda keçən günlərin bir -birimizə qarşı xeyirxahlıq və ya amansız münasibətlə dolu olub-olmayacağı hər birimizdən asılıdır..."
 
"Orta Asiyada yaşlılara qarşı çox həssasdırlar və öz köklərini yeddinci nəslə qədər tanıyırlar..."
 
"Qoy bu cür yaxşı işlərə qadir olanların sayəsində dünyamız xeyirxahlıq və sevgi ilə dolsun. Xristian və ya müsəlman olsun - hamımız  Allah qarşısında bərabərik... Bu gözəl qadına da bu çiçəklərin təsviri ilə sayğımı çatdırıram...”