Bu gün:


Kanadada COVID-19 məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib

Tarix: 19.09.2021 / 10:30  •   Oxundu: 75 dəfə  •  

Kanadanın milli parlament binasının qarşısına toplaşan etirazçılar hökumətin koronavirus məhdudiyyətlərinə və məcburi peyvəndləmə siyasətinə etiraz ediblər.

Paytaxt Ottava şəhərində keçirilən aksiyada minlərlə insanın iştirak etdiyi bildirilir.

Nümayişçilər xüsusən COVID-19 pasportlarının insanların hüquqlarını məhdudlaşdırdığı qabardıblar.

Qeyd edək ki, avqust ayının əvvəlində Kanada hökuməti ölkədə koronavirusun dördüncü dalğasının başladığını elan edib.