Bu gün:


Ermənistan hökumətinin sözçüsü

Tarix: 20.09.2021 / 15:44  •   Oxundu: 87 dəfə  •  

Ankara və İrəvan rəsmiləri arasında effektli təmaslar başlayarsa, Ermənistan Türkiyə ilə ən yüksək səviyyədə dialoqa başlamağa hazırdır.
 
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan bildirib.
 
“Baş nazir parlamentin iclasında Türkiyə ilə danışıqlara başlamaq fikrindən bəhs etdi. O bildiridi ki, yüksək səviyyəli təmaslardan əvvəl işçi müzakirələr aparılmalıdır. Ermənistan Nazirlər Kabinetinin bu cür təmaslara hazır olmasına baxmayaraq, Ermənistan və Türkiyə rəsmiləri arasında hələ ki, heç bir əlaqə olmayıb. Bu cür səmərəli iş olarsa, Ermənistan yüksək və ali səviyyədə görüşlərə hazır olacaq”, - deyə o qeyd edib.