Bu gün:


Paşinyana qarşı növbəti narazılıq...

Tarix: 23.09.2021 / 11:48  •   Oxundu: 75 dəfə  •  

Ermənistanda həbsxanalarda hakimiyyətə qarşı narazılıq artmaqda davam edir.

İDEAL Media.az xəbər verir ki, bu barədə "Hrparak" yazaraq bildirir ki, saxlanılanların çoxu müstəqilliyin 30-cu ildönümündə amnistiya gözləyirdi. Ənənəyə görə, o gün və xüsusən də yubiley illərində bir çox məhkumlar əfv fərmanından faydalanırdılar, amma bu il belə olmadı.

Nəşr iddia edir ki, müharibədən sonra saxlanılanların əksəriyyəti Nikol Paşinyana və indiki hakimiyyətə qarşıdır. Xüsusilə səlahiyyətlilər arasında torpaq verənlərin və qurbanların yanında olmaq tabuya çevrilib.