Bu gün:


NAZİM İDEAL: Amnistiya aktı, əfv sərəncamı, vətəndaş məmnunluğu ...

Tarix: 23.02.2021 / 10:54  •   Oxundu: 242 dəfə  •  

Millət təkcə sosial burulğanlar məngənəsində yaşamaq uğrunda çaba görsətmir,paralel olaraq hüquqi kazusların meydan suladığı,şərlənərək həbs edilmiş doğmalarının azadlığı naminə araçı,calaqçı,debil məmur axtarışındadır.

Qanun ona görə yazmıram ki,hələ də piştaxtlarda müştəri gözləyir...

Vətəndaş məmnunluğunu qazanmaq istəyən varsa?!, təklif edirəm ki, AMNİSTİYA verilsin!
Bu kateqoriyadan olan Vətəndaşların say çoxluğunu nəzərə alaraq.
Çün ki,ƏFV fərmanıyla  ehtiyac səbətini doldurmaq imkanı mümkünsüzdür.

Hər iki fərman və sərəncamın uğurla başa çatması üçün ənənəvi  "işçi-dəllal" qrupuna ehtiyac duyulmur.
Bəs,o zaman necə olsun deyə düşünürsüz???

Bildiyiniz kimi Amnistiya aktı Qanunverici Orqan hesab edilən Milli Məclisin səlahiyyətindədir.
Amnistiya aktı fərdi qaydada,adba-ad şəxslər üçün deyil,maddələr üzrə verilir ki, buda bir qayda olaraq,əksər hallarda ən yüngül kateqoriyadan olan və sferasının genişliyi komendaturada adları keçən,üzərində şərti cəzası olan şəxsləri əhatələyir....

Təklif edirəm ki:

-MADDƏSİNDƏN  ASILI  OLMAYARAQ CƏZA  ÇƏKƏN  HƏR  BİR  MƏHKUM  CƏZASININ  3/1  HİSSƏSİNDƏN  AZAD  EDİLSİN !

Yəni amnistiya tətbiq edilsin.

-Əfv ediləcək şəxslər isə illərdən bəri burnu ilə düşünən əlməmmədlərin,gülməmmədlərin,525 sifətli  xoşqeyrətlərin araçılıqları ilə diskriminativ rüşvətlə reallaşan formatından imtina edilməli və Ədliyyə Nazirliyi  Penitensiar Xidmətin vasitəsilə cəzaçəkmə müəssisələrində cəza çəkən Şəhid Övladları və Qazilərin adlarını öyrənməklə real-mütərəqqi,humanist,vətəndaş məmnunluğunun xalis üzünü görmək mümkündür.

-Günahsız İnsanların sferasını təsbit etmək də çox asandır.
Günahsız İnsanlar təkçə öz azadlığı uğrunda özünə zülm edən,Allah qarşısında günaha batan şəxslər deyil,eyni zamanda heç kəsin tanımadığı,arxasız-hüquqsuz-imkansızlardır.

Bu adamlardan İnsan kimi deyil,illərdir ki,xammal,əşya,maklatura rolunda saxta statistikanı tamamlayırlar.
İllərdir ki, "hüquq müdafiəçisi" adları altında manipulisiv,korporativ qrant maraqlarından çıxış edənlərin qəhrəman kimi cəmiyyətə sırımaq istədiklərinin hamısı və hamısı bəyənmədikləri,söydükləri,aşağıladıqları mövcud rejimin hazırda ən çox istifadə etdiyi və istifadə limitləri bitmiş lakeyləri,satellitləri,şenoklarıdır!

ƏDALƏTLİLƏR  BÜTÜN  HAQLILAR  UĞRUNDA  MÜBARİZƏ  APARANLARDI...

Korporativ maraqları naminə güclüləri-haqlıları görməzlikdən gələn,zəif və quyruqluların imicmeykerliyi üzrə "addımlayanlar" qısır qalmağa məhkumdur.

Bu gün bütün gerçəkliklər heç bir anti-tezis hazırlamadan açığa vurmaqdadır.

Dövlətə,Xalqa,Vətənə Xidmət etmək iradəniz,mənliyiniz,kişiliyiniz yoxdursa,heç olmasa xəyanət etməyin!