Bu gün:


İran prezidenti Samsung və LG şirkətlərinə qadağa tətbiq etdi

Tarix: 30.09.2021 / 10:05  •   Oxundu: 141 dəfə  •  

İran prezidenti İbrahim Rəisi ölkənin Ali dini lideri Ayətullah Əli Xameneinin təlimatından sonra Cənubi Koreyanın Samsung və LG şirkətlərinin məhsullarının idxalını qadağan edib.

İDEAL Media.az xəbər verir ki, qadağa məişət mallarını əhatə edir. Məlumata görə, 2018-ci ildə ABŞ sanksiyaları genişləndirəndən sonra Samsung və LG şirkətləri İranla əməkdaşlığı dayandırmışdı.

İran rəhbərliyi Cənubi Koreyalı şirkətlərin məhsullarına ehtiyac duymadıqlarını irəli sürərək, adekvat cavab verib.