Trampdan Çinə gözlənilməz zərbə
Tarix: 13.11.2020 / 13:31 •
Oxundu: 140 dəfə •
ABŞ Prezidenti Donald Tramp amerikalıların Çin ordusuna dəstək verən Çin şirkətlərinə investisiya qoymasını qadağan edən bir fərman imzalayıb.
Ağ Evdən verilən açıqlamada Çin ordusuna maliyyələşdirmə təmin edən şirkətlərə qoyulan investisiyalarla bağlı bir fərmanın imzalandığı bildirilib.
Çinin ordusu və kəşfiyyatını inkişaf etdirmək üçün maliyyə mənbəyi təmin etmək məqsədilə ABŞ kapitalını getdikcə daha çox istismar edildiyini deyən Tramp bunun ölkəsini təhdid etdiyini vurğulayıb.
Tramp Çinin mülki şirkətləri hərbi və kəşfiyyat fəaliyyətinə dəstək verməyə məcbur edərək ölkənin hərbi sənayesini inkişaf etdirdiyini və bu şirkətlərin ABŞ investorlarına qiymətli kağızlar sataraq kapitallarını artırdığını bildirib: “Bu şəkildə Çin ordusunun inkişafı və modernləşdirilməsini maliyyələşdirmək üçün ABŞ investorlarından istifadə edir”.
Fərmana əsasən, ABŞ şirkətləri və vətəndaşları Çin ordusuna dəstək verən Çin şirkətlərində birbaşa və ya fondlar vasitəsi ilə pay sahibi olmağın qarşısı alınıb.
Yanvarın 11-də qüvvəyə minəcək qərarın Çinin iri aviasiya, inşaat, texnologiya və telekommunikasiya şirkətlərinə mənfi təsir edə biləcəyi gözlənilir. Fərman ABŞ Müdafiə Nazirliyinin təyin etdiyi 31 Çin şirkətinə şamil olunub.