Putin RUSLARI SEVİNDİRDİ: Pensiyalar, uşaqpulu qalxır, pulsuz qaz veriləcək
Tarix: 01.10.2021 / 12:55 •
Oxundu: 1 017 dəfə •
Rusiya vətəndaşlarına oktyabrın 1-dən etibarən ölkədə bir sıra yeniliklərin olacağı barədə xəbərdarlıq edilib.
İDEAL Media.az xəbər verir ki, bu ayın əvvəlindən etibarən Rusiyada hərbi qulluqçularının pensiyaları və büdcə təşkilatlarının işçilərinin maaşları artacaq. Qərara görə, uşaq müavinətlərinin alınması üçün yeni qaydalar tətbiq ediləcəkdir. Maaş artımı Daxili İşlər Orqanları, Məhkəmə sistemi, FHN xidməti və Gömrük işçilərinə də şamil ediləcəkdir. Hərbi təqaüdçülərin və digər güc strukturlarının keçmiş işçilərinin də pensiyaları artırılacaqdır. Bundan əlavə oktyabrın 1-dək Rusiyanın bir neçə bölgəsindəki təqaüdçülər "Yaşlılar Günü" şərəfinə əlavə ödənişlər alacaqlar .
Qeyd edək ki, Prezident Vladimir Putin 2021-ci ilin aprelində hələ də qaz təchizatı şəbəkələrinə qoşulmamış ev təsərrüfatlarının qazlaşdırılmasını sürətləndirməyi və bunu "ruslardan vəsait cəlb etmədən" etməy barədə qərar qəbul edib. Oktyabrda qüvvəyə minən qərara əsasən, vətəndaşlar, qazpaylayıcı şəbəkələrə qoşularaq pulsuz mavi yanacaqdan istifadə edə biləcəklər.