Bu gün:


Pakistanda Talibanla atəşkəs əldə edildi

Tarix: 02.10.2021 / 09:54  •   Oxundu: 72 dəfə  •  

Pakistanda fəaliyyət göstərən Talibana bağlı Hafiz Gül Bahadır qruplaşması ilə ölkə ordusu arasında atəşkəs razılaşması əldə edilib.

İDEAL Media.az xəbər verir ki, atəşkəs razılaşmasına əsasən, 20 gün müddətinə sabitliyə riayət ediləcək.

Bildirilib ki, Cənubi Vəziristanda atəşkəs oktyabrın 20-dək davam edəcək.

Qruplaşmanın komandirlərindən Səddar Həyatın müavinlərinə Pakistan qüvvələrinə qarşı bütün əməliyyatları dayandırmağı əmr etdiyi qeyd olunub.