Bu gün:


Ərdoğan İngiltərədəki benzin böhranından danışdı

Tarix: 03.10.2021 / 09:35  •   Oxundu: 86 dəfə  •  

Normallaşma ilə yanaşı, pandemiyanın vurduğu ziyan da üzə çıxmağa başlayır.

İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, son bir neçə gündə İngiltərədəki yanacaqdoldurma məntəqələri və marketlərdə baş verən hadisələr pandemiyanın səbəb olduğu problemlərdən sadəcə bir nümunədir:
“Çox ehtimal ki, müəyyən zaman ərzində İngiltərədə baş verənlər digər ölkələrdə də özünü göstərəcək. Bundan başqa, post-pandemiya dövründə iqtisadi çətinliklərin artması ilə islamofobiya daha geniş yayılacaq. Mədəni irqçilik təkcə bizi deyil, Avropadakı bütün əcnəbiləri və miqrantları narahat edən qlobal bir problemdir”.