Bu gün:


SİRLƏR AÇILIR: Əşrəf Qani Əfqanıstandan BƏƏ-yə belə gedib

Tarix: 03.10.2021 / 10:18  •   Oxundu: 72 dəfə  •  

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin ölkəni necə tərk etdiyi açıqlanıb.
 
Bu barədə Əfqanıstanın “Hasht e Subh Daily” qəzeti keçmiş liderə yaxın mənbəyə istinadən məlumat yayıb.
 
Belə ki, Ə.Qani əvvəlcə xidməti helikopterlə Özbəkistana, oradan isə Qazaxıstanın “FlyJet” aviaşirkətinin təyyarəsi ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.
 
Bir neçə helikopter passportları olmayan 54 nəfəri Özbəkistanın Termez şəhərinə aparıb. Helikopterlərdə Ə. Qani ilə yanaşı onun köməkçiləri və mühafizəçiləri olub.
 
Termiz aerodromunda Qani ilə yanaşı milli təhlükəsizlik müşaviri Həmdullah Muhib, prezident administrasiyasının rəhbəri Fəzl Mahmud Fəzli və ətrafı 31 saat ərzində 200 -dən çox özbəkistanlı hərbçi tərəfindən mühafizə edilib.
 
31 saatdan sonra ağ təyyarə hava limanına gələrək 60 nəfəri BƏƏ-yə aparıb.