Saakaşvilinin partiyası ikinci tura hazırlaşır
Tarix: 03.10.2021 / 12:10 •
Oxundu: 117 dəfə •
Seçkinin ikinci turunda müxalifət daha mobil və yekdil olacaq.
İDEAL Media.az xəbər verir ki, müxalif Vahid Milli Hərəkatın liderlərindən Giya Baramidze deyib.
Onun sözlərinə görə, indi hamının bir məqsədi var və ayrı-ayrı partiya maraqları ikinci plana keçib.
"İkinci turda müxalifət spektri daha yekdil olacaq. Biz bütün partiyalara əməkdaşlıq üçün əlimizi uzadırıq. İndi məsələ məhz hansı partiyanın qalib gəlməsində deyil", - Baramidzde deyib.
O qeyd edib ki, növbədənkənar parlament seçkisinin keçirilməsini müxalifət yalnız yerli orqanlara seçki bitəndən sonra tələb edəcək.
Qeyd edək ki, ilkin nəticələrə görə, Vahid Milli Hərəkat yerli özünüidarəetmə orqanlarına proporsional seçkidə 11 şəhərdə - Batumi, Zuqdidi, Tsalencix, Tsxaltubo, Dmanisi, Qardabani, Rustavi, Telavi, Xulo, Senaki və Axmetada - liderdir.
Ekzit-pollun nəticəsinə görə isə Tiflisdə heç bir partiya qalib gəlməyib və ona görə də ikinci tur olacaq.