Bu gün:


Arşakyan: Tonoyanın başı arağa qarışıb, ruslar isə...

Tarix: 04.10.2021 / 15:02  •   Oxundu: 157 dəfə  •  

Ermənistan 2 il öncə bütün dünyaya car çəkdi ki, onlar Ruslardan dünyanın ən güclü hərbi təyyarəsi sayıla biləcək Su-30-lar alıb. O vaxtki Ermənistan müdafiə naziri David Tonoyanın sevincinin hədd-hüdudu yox idi. O, çıxışlarından birində hətta Ermənistanın bu qırıcıları əldə etdikdən sonra total hərbi gücə malik olan dövlətlər sırasına daxil olduğunu da dilə gətirmişdi. Azərbaycan ilə müharibə zamanı aydın oldu ki, bu təyyarələrin heç raketləri yoxdur. Bu “Su”ları idarə edə biləcək kadrlar da yox idi.

İDEAL Media.az xəbər verir ki, bu fikirlərlə erməni hərbi analitik, siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

Onun sözlərinə əsasən, Tonoyanın ən böyük “uğuru” sayılan Su-30-ların alınması belə müharibə zamanı “sıfır” effekti yaratdı.

“Tonoyanın spirtli içki audəçisi olduğunu hamı bilirdi. Çox güman ki, Moskvada Su-30 danışıqları zamanı Tonoyanın başı müqavilədən çox, arağa qarışıb və ruslar ona raketsiz təyyarələr soxuşdurublar”, - deyə erməni ekspert qeyd edib.

Arşakyan onu da vurğulayıb ki, Tonoyanın həbsi ayzberqin görünən hissəsidir:
“Bu yaxınlarda Nikol Paşinyan hakimiyyətdə qalmaqdan ötrü ən yaxın ətrafından olan generalları da həbs etdirəcək – su meymunun boğazına çıxanda balasını ayaqlarının altına alır”.