Gürcüstanda “Mişaya azadlıq!” şüarlı mitinq keçirilir
Tarix: 04.10.2021 / 17:56 •
Oxundu: 188 dəfə •
Gürcüstanın Rustavi şəhərdə sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buxarılması tələbi ilə keçirilən mitinq davam edir.
Aksiyada “Mişa!” və “Mişaya azadlıq!” şüarları səsləndirilir.
İştirakçılara M.Saakaşvilinin məktubu oxunub. Siyasətçi aksiyaçılara təşəkkürünü bildirib: “Türmədə səslərinizi eşidirəm. Bu mənim mübarizə arzumu on dəfələrlə gücləndirir. Qələbəyə qədər gedirik”.
Mitinqçilər qarşısında çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya deyib ki, keçmiş dövlət başçısı azadlığa çıxmayana qədər mübarizə davam etdiriləcək: “Sona qədər mübarizə aparacağıq, qələbə tezliklə bizim olacaq”.