Ərdoğan: Qərbin hegomoniyası bitdi, dünyada sözünü deyən Türkiyə var
Tarix: 05.10.2021 / 15:46 •
Oxundu: 218 dəfə •
“Dünya dəyişir. BMT də dəyişməlidir. “Qərb üstündür” anlayışının sonuna gəldik”.
İDEAL Media.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kriter” nəşrinə belə açıqlama verib. O bildirib ki, əsrlər boyu davam edən qərb hegomoniyası artıq bitib. Ərdoğanın sözlərinə görə, dünyada yeni beynəlxalq sistem formalaşıb. ABŞ-ın səbəb olduğu problemlərə diqqət çəkən Ərdoğan, “soyuq müharibədən” sonra Vaşinqtonun uğursuz siyasət xətti seçdiyini ifadə edib.
“Türkiyənin gücü gündən-günə artır və beynəlxalq siyasətdə rolu genişlənir. Başqa orta səviyyəli ölkələr də inkişaf edir. Yəni sadəcə böyük güclərin sözünün keçdiyi dünyada yaşamırıq artıq”.