Bu gün:


Gürcüstan erməni TIR-larını sərhəddən buraxmır

Tarix: 05.10.2021 / 17:05  •   Oxundu: 221 dəfə  •  

Artıq 10 gündür erməni yük maşınları Larsa gedən yolda dayanıblar.
 
Bunu erməni sürücü Taron Markaryan erməni mətbuatına açıqlamasında deyib.
 
Onun sözlərinə görə, hazırda yolda 200-ə yaxın yük maşını dayanıb. Bir izah var – yol ermənilər üçün bağlıdır. Gözünmüzün qabağında gürcü, Azərbaycan nömrələri ilə maşınlar gedir, bizə isə keçşməyə icazə vermirlər”, - Markaryan bildirib.
 
Sürücülər də bildirib ki, yol hələ 1 həftə bağlı qalacaq:
 
“Bu, Ermənistanın blokadası üçün məqsədli addımdır. 10 gündür burada qalan insanlar var” .
 
Markaryan hadisə yerinə Ermənistannın Gürcüstan səfirinin də gəldiyini deyib:
 
“O, bir neçə gün öncə buraya gəldi və polislərlə söhbət etdikdən sonra getdi. Sürücülər Yüksək Texnologiyalar Nazirliyinə zəng etdilər və ordan dedilər ki, sahibkarlara deyin, qoy bu məsələni onlar həll etsin. Məmurlarımızın diqqətini çəkmək üçün yoldaşlarla yolu bağlamağı düşünürük”.