Bu gün:


Rusiyada kütləvi zəhərlənməyə görə azərbaycanlılar həbs edildi

Tarix: 10.10.2021 / 11:53  •   Oxundu: 172 dəfə  •  

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən zəhərlənərk ölənlərin sayı 30-a çatıb.

Rusiya mediasına istinadən xəbər verir ki, saxta içki satışı ilə bağlı 9 nəfər şübhəli şəxs saxlanılıb. Onlardan 3-ü azərbaycanlıdır. 1992-ci il təvəllüdlü Şirvan Səxavət oğlu Babazadə, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  
 
Xatırladaq ki, saxta spirtli içki səbəbindən zəhərlənən 54 nəfər hazırda xəstəxanadadır.