Bayden onu xilas edəni Talibana buraxdı, İmran Xan isə…
Tarix: 12.10.2021 / 09:52 •
Oxundu: 233 dəfə •
2008-ci ildə ABŞ-ın indiki prezidenti Cozef Baydenin həyatını xilas edən tərcüməçi Aman Xəlilinin Əfqanıstandan qaçmasına Pakistan Baş naziri İmran Xan kömək edib.
İDEAL Media.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb. Məlumata görə, Talibanın hakimiyyəti ələ keçirməsindən sonra amerikalıların Kabildə taleyin ümidinə buraxdığı Xəlili İmran Xanın vasitəçiliyi ilə əvvəlcə Pakistana gətirilib. Xəlilinin Pakistandan sonra hansı ölkəyə göndərildiyi açıqlanmayıb.
Qeyd edək ki, Xəlili 2008-ci ildə senator olan Bayden, Çak Heygel və Con Kerrinin həyatını xilas edən qrupun tərkibində yer almışdı.