13 il əvvəl Baydenin həyatını xilas edən şəxs: "Sizə ehtiyacım var..."
Tarix: 01.09.2021 / 15:10 •
Oxundu: 136 dəfə •
13 il əvvəl-2008-ci ildə içərisində Co Baydenin olduğu üç ABŞ senatorunu daşıyan helikopter Əfqanıstanda qar fırtınası səbəbindən təcili eniş etməyə məcbur olmuşdu.
Həmin dövrdə Talibanın nəzarətində olan əraziyə eniş edən Co Baydenə kömək etmək üçün gələn əfqan Məhəmməd indi ondan kömək istəyir.
2008-ci ildə tərcüməçi olan Məhəmməd Bayden daxil olmaqla senatorların xilas edilməsinə yardım göstərib. Həmin vaxt qəfil eniş edən Baydenin helikopteri Əfqanıstanın uzaq bir vadisində köməksiz vəziyyətdə qalıb.
İndi Məhəmməd Baydeni onu xilas etməyə çağırır.
Adını tam olaraq açıqlamayan Məhəmməd ABŞ mediasına danışarkən bunları deyib: “Salam Prezident Bayden. Məni və ailəmi xilas edin. Məni burada unutmayın”.
Məhəmməd xanımı və 4 uşağı ilə Əfqanıstandan çıxmağa çalışdığını, amma buna müəssər olmadığını deyib. Bildirib ki, hazırda Talibandan gizlənir.
2008-ci ildə Əfqanıstanda Məhəmmədlə birgə işləyən ordu nümayəndəsi Şavn Brien isə belə deyib: “Yalnızca bir əfqana yardım edə biləcəksən. Məhəmmədi seçin. Buna haqq edir”.
Ağ Evin mətbuat katibi Jen Psakiyə tərcüməçi Məhəmmədin Prezident Baydenə müraciəti haqqında soruşduqda “Sizi oradan çıxaracağıq və xidmətlərinizi qiymətləndirəcəyik” reaksiyasını verib.