Bu gün:


Mixaylov: Bu alçaq, nankor ermənilər...

Tarix: 17.10.2021 / 14:43  •   Oxundu: 72 dəfə  •  

Ermənistanda minlərlə insan küçələrə çıxıb nəqliyyat dəhlizlərinin açılmasına etirazlarını bildirib. İnternetde yayılmış bu "debillər yürüşünün" videoları Rusiyada da maraqla izlənib.

İDEAL Media.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi analitik Yevgeni Mixaylov öz video-ismarışında dilə gətirib.

Onun sözlərinə əsasən, videolarda yüzlərlə erməninin Rusiyanı söydüyü, Putini lənətlədiyi görünür:
“Rus milləti satqın, ikiüzlü adlandırılır. Hansı ki, elə həmin ermənilərin sağ qalmalarında səbəbkar da Rusiyadır. Kreml Ermənistana ciddi sanksiyalar tətbiq etməlidir. Rusiyaya qarşı çıxan bu nadanlara RF ərazisinə daxil olmaq qadağan olunmalıdır. Qazandıqları yer Rusiya, yaşadıqları yer Rusiya, varlıqlarına borclu olduqları yer Rusiya ola ola, onlar bizə qarşı çıxırlar”.

Mixaylav vurgulayıb ki, rusların ermənilərin nazı ilə oynamasına son qoyulmalıdır:
“Bu nankorlar sabah, o biri gün Rusiyaya qarşı ən alçaq addım atmaqdan da çəkinməzlər. Onlardan nə desən gözləmək olar”.