Bu gün:


İrandan ŞOK HƏMLƏ: Qarabağdan yükdaşımaları QADAĞAN EDİLDİ

Tarix: 20.10.2021 / 17:24  •   Oxundu: 175 dəfə  •  

İran Avtomobil Nəqliyyatı Təşkilatının Beynəlxalq Daşımalar və Tranzit İdarəsinin baş direktoru Məhəmməd Cavad Hidayəti ölkəsinin Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinad edərək beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub yazıb.

İDEAL Media.az xəbər verir ki, qurum rəsmi sərhədləri xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir.

Bu barədə “Caliber” “Telegram” kanalı İranın “Mehr” agentliyinin müxbirinə istinadən xəbər verir.

Bu məktubda nəqliyyat idarəsi həmçinin göstərir ki, Qarabağa, xüsusən də Azərbaycanın Laçın rayonuna Ermənistan vasitəsi ilə giriş qadağan olunub.

Bundan əlavə, nəqliyyat şirkətlərinə Qarabağdakı separatçı rejimlə hər hansı bir ticarət müqaviləsinin imzalanması və bu regiona göndəriş sənədlərinin verilməsi də qadağan edilib.